Türkiyəni təmsil edən erməni idmançı Azərbaycana buraxılmadı
Mayın 21-də Bakıda keçirilmiş qol güləşi üzrə XXIV Avropa çempionatında Türkiyəni təmsil etmək üçün Azərbaycana gələn erməni soyadlı idmançının ölkəmizə buraxılmadığı ortaya çıxıb.
Diyarbəkirdən olan 24 yaşlı Zafer Noyan erməni soyadı daşıdığı üçün Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Bakıya buraxılmayıb, idmançı İstanbula geri göndərilib.
Z.Noyan pasport yoxlanışı zamanı özünün erməni olmadığını bildirsə də, aeroport işçiləri onun ölkəyə girişinə icazə verməyiblər /azvision/.
Mediainfo.az
Digər xəbərlər