
Gənclər və idman naziri ilə görümək istəyənlər, diqqət!
Gənclər və idman naziri Azad Rəhimov yanvarın 28-də Sabirabad rayonunda vətəndaşları qəbul edəcək.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, qəbul saat 11.00-da Sabirabad şəhəri Heydər Əliyev prospekti - Heydər Əliyev parkının ərazisində yerləşən Heydər Əliyev Mərkəzində baş tutacaq. Qəbulda Sabirabad, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonları və Şirvan şəhərindən olan vətəndaşlar iştirak edəcək.
Digər xəbərlər