Şəmkirdə sahəsi 1800 kv.m olan ikimərtəbəli ev yanaraq külə döndü

Şəmkirdə sahəsi 1800 kv.m olan ikimərtəbəli ev yanaraq külə döndü

4 Dekabr 2012 09:32
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, Şəmkir rayonu, Kür qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 1800 kv.m olan ikimərtəbəli 3 otaq və aynabənddən ibarət fin tipli evin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı evlər yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:44-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Faktla bağlı müvafiq qurumlarda araşdırma aparılır.

O.M.