Toppuş bacının nişanlısı ilə tanış olun

Toppuş bacının nişanlısı ilə tanış olun

27 May 2013 18:33
Bəyəndim (0) Bəyənmədim (0)

Hamının "Toppuş bacı" kimi tanıdığı əməkdar artist Tünzalə Əliyevanın mayın 25-i qız toyu olub. Azeritimes.az-ın məlumatına görə, bütün sənət dostlarının, iş yoldaşlarının toplandığı toy mərasimi Gəncə şəhərində baş tutub. Tünzalə Əliyeva iyulun 7-si isə gəlin köçəcək.

Qeyd edək ki, Tünzalə xanım uzun illərdir ona pərəstişkarlıq edən 26 yaşlı fanatı Röyal ilə ailə həyatı quracaq. Tünzalə Əliyeva qəlbində ona qarşı səmimi hisslər olan bu gənc oğlanın evlilik təklifinə yaşının az olduğu üçün müsbət cavab vermirmiş. Amma ötən ay aktrisa evlilik təklifini qəbul edib və onlar nişanlanıblar.

O.M.