"Emirin yolu"nun çəkilişləri dayandırıldı

"Emirin yolu"nun çəkilişləri dayandırıldı

17 Dekabr 2012 15:51
Bəyəndim (0) Bəyənmədim (0)
Bu cümə serialın yolunu gözləməyin!

"Şou tv"də yaşanan pul böhranı verilişlərdən sonra serialları da vurdu. Çağatay Ulusoy və Gizem Karacanın baş rollarını paylaşdığı "Emirin yolu" da sillə alanlar arasındadır. Kanaldan təxminən on bölümün qonorarını ala bilməyən "Med Yapım" daha artıq dirənə bilmədi və çəkilişləri dayandırdı. Ötən cümə axşamından etibarən dayandırılan çəkilişlərə görə serial bu cümə günü seyirçilərlə görüşməyəcək. Fatih Aksoyun aktyorlara , "Kanal pul ödədiyi gün çəkilişlərə başlayacağıq. Hazırlıqlı olun", - dediyi öyrənildi. Digər tərəfdən serialın başqa bir kanala transfer təklifi aldığı da Oxumeni.az-ın əldə etdiyi xəbərlər arasındadır.

Günel Həbib

O.M.