Sensasiya: Putini hakimiyyətdə Mİ-6 saxlayıb?
Böyük Britaniyanın Mİ-6 kəşfiyyat xidmətinin keçmiş rəhbəri Riçar Dirlav bildirib ki, Putinə hakimiyyətdə möhkəmlənməsində dəstək verdiklərinə görə çox təəssüf edirlər.
Mediainfo.az-ın verdiyi xəbərə görə, məsələ ilə bağlı The Time qəzetinə açıqlamasında Dirlav deyib ki, Putinin hakimiyyətdə möhkəmlənməsində Mİ-6-nın böyük xidmətləri olub: "2000-ci ildə mənə Rusiya Təhlükəsizlik Xidmətinin zabiti müraciət edərək Böyük Britaniyanın Baş naziri Toni Bleyerin Sank-Peterburqda təşkil ediləcək "Müharibə və sülh"operasının təqdimatında iştirak etmək üçün Putinin dəvətini çatdırdı. O vaxt Bleyerin Putinin dəvətini qəbul edib-etməməsi barədə uzun müddət müzakirələr getdi. Sonda Bleyerin bu dəvəti qəbul etməsini məqsədəuyğun hesab etdik. Bleyer Sankt-Peterburqa getdi və orada Putinlə görüşdü".
Riçard Dirlav bununla da Putinin hakimiyyətdə qalmasına və onun simasında Qərbdə müsbət siyasi lider rolunu formalaşdırmağa yardım etdiklərini bildirib. Dirlav o vaxt Putinin hakimiyyətdə möhkəmlənməsinə dəstək verməklə Mİ-6-nın ən böyük səhvlərindən birini etdiyini vurğulayıb.
Qeyd edək ki, Rusyanın Gürcüstan və Ukraynanın ərazilərinin bir hissəsini işğal etməsindən, həmçinin 2006-cı ildə Aleksandr Litvinenkonun, 2018-ci ildə isə Skripalların Rusiya kəşfiyyatçıları tərəfindən zəhərlənməsindən sonra Londonla Moskva arasında münasibətlər pisləşib.
Əziz Mustafa






























































































