"Qüds hər iki ölkənin paytaxtı olmalıdır"

"Qüds hər iki ölkənin paytaxtı olmalıdır"

16 May 2018 15:22
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova ABŞ prezidenti Donald Trampın qərarı ilə başlanan münaqişəyə xarici siyasət idarəsinin rəsmi mövqeyini açıqlayıb.

Zaxarovanın sözlərin görə, hətta ABŞ-ın İsraildəki səfirliyinin Qüdsdə açılmasına baxmayaraq, bu ərazi hər iki ölkənin paytaxtı olmalıdır.

O bildirib ki, ABŞ-ın Qüdslə bağlı birtərəfli qərar hüquqi əhəmiyyət daşımır, çünki üç dinin beşiyi olan bu şəhər İsrail və Fələstinin birgə paytaxtı olmalıdır:

"Ancaq bu kompromis Yaxın Şərqdə sülhün saxlanılmasına səbəb ola bilər. Rusiya onilliklər ərzində dəstəklənmiş status-kvonun saxlanılmasının tərəfdarıdır. Problemi birtərəfli formada həll etmək olmaz".

Zaxarova qeyd edib ki, bölgədəki gərginliyin artması mənfi nəticələrə səbəb ola bilər.(Oxu.Az )