Ərəb ölkələri İrana qarşı ABŞ-ın tərəfini tutdu

Ərəb ölkələri İrana qarşı ABŞ-ın tərəfini tutdu

9 May 2018 07:16
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ przidenti Donald Trampın İranl nüvə sazişini tərk etməsinə ərəb ölkələrindən dəstək gəlib.

Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri 2015-ci ildə İrana qarşı təxirə salınan sanksiyaların yenidən ən güclü formada tətbiq olunmasını dəstəklədiklərini açıqlayıblar.

Qeyd edilib ki, İranın iqtisadi güzəştlərinin əlindən alınması onların bölgədə fəaliyyətini məhdudlaşdıracaq.

Xatırladaq ki, 2015-ci ildə olunmuş sazişə əsasən İran uranın zənginləşdirilməsini dayandıracağı öhdəliyini götürmüş, qarşılığında isə İrana qarşı sanksiyalar ləğv edilmişdi.( qafqazinfo)