Yavər Camalov Meksika səfiri ilə görüşüb

Yavər Camalov Meksika səfiri ilə görüşüb

7 Fevral 2017 14:23
Bəyəndim (0) Bəyənmədim (0)

Müdafiə sənayesi naziri Yavər Camalov Meksikanın Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini Floresi qəbul edib.

Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazir Azərbaycan ilə Meksika arasındakı müxtəlif sahələri əhatə edən ikitərəfli əlaqələri yüksək qiymətləndirdiyini diqqətə çatdırıb və bu əlaqələrin daha da inkişaf edəcəyini vurğulayıb.

Yavər Camalov Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı səfirə məlumat verib.

Səfir Xuan Rodrigo Labardini Flores qəbula görə minnətdarlığını bildirib.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Mediainfo.az