Əhməd Davudoğlu: "Biz mümkün risklərin qarşısını alırıq”

Əhməd Davudoğlu: "Biz mümkün risklərin qarşısını alırıq”

17 Dekabr 2015 12:02
Bəyəndim (0) Bəyənmədim (0)

"Türkiyə hərbçilərinin İraqın şimalında mövcudluğu bu ölkənin ərazi bütövlüyünü və suverenliyini pozmur".

"Anadolu" agentinin yaydığı məlumata görə, bunu Brüsselə səfər öncəsi Türkiyə baş naziri Əhməd Davudoğlu deyib.

O bildirib ki, türkiyəli hərbçilərin Başika təlim bazasında yerləşməsi terror təhlükəsi ilə mübarizə xarakteri daşıyır. "İraq hökuməti qanuni idarəetmə orqanlarını yaradanədək bu, lazımdır. Buradan Türkiyəyə təhlükə var, biz mümkün risklərin qarşısını alırıq", - deyə baş nazir vurğulayıb.

Davudoğlu həmçinin qeyd edib ki, Türkiyə Silahlı Qüvvələrinin real duruma uyğun addımlar atmağa tam hüququ var.

Mediainfo.az