Parisdə Fransa və Rusiya prezidentləri görüşür

Parisdə Fransa və Rusiya prezidentləri görüşür

2 Oktyabr 2015 15:40
Bəyəndim (0) Bəyənmədim (0)

Parisdə Fransa və Rusiya prezidentlərinin görüşü başlayıb.

Apa-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, danışıqlar bağlı qapılar arxasında keçirilir.

Görüşdə Rusiya xarici işlər naziri S.Lavrov, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov və Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov iştirak edirlər.

Qeyd edək ki, Yelisey sarayındakı görüş "Normand dördlüyü" formatı çərçivəsində keçirilir.

Mediainfo.az