Diktatordan daha bir vəhşi addım: vitse-prezidenti güllələtdirdi

Diktatordan daha bir vəhşi addım: vitse-prezidenti güllələtdirdi

12 Avqust 2015 17:06
Bəyəndim (0) Bəyənmədim (0)

Şimali Koreyanın birinci vitse-prezidenti Çxve Yon Qon güllələnib. Bu barədə informasiyanı Cənubi Koreyanın "Renxap" agentliyi yayıb.

Agentliyin məlumatına görə, vitse-prezident ölkənin yürütdüyü siyasətdən narazı olduğunu dilə gətirdiyi üçün güllələnib. Onun güllələnməsi haqqında əmri şəxsən Kim Çen İn verib.

Qeyd edək ki, bundan öncə Şimali Koreyanın Müdafiə naziri Xen Yen Çxolya edam edilmişdi.

Mediainfo.az