Kəlbəcərli girovlarla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət olunub

Kəlbəcərli girovlarla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət olunub

30 Yanvar 2015 12:13
320
Bəyəndim (0) Bəyənmədim (0)

Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılar Şahbaz Quliyev, Dilqəm Əsgərov və qətlə yetirilən Həsən Həsənovla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət olunub. Bunu Azərbaycan Hüquq İslahatları Mərkəzi İctimai Birliyinin sədri Anar Bağırov deyib.

A.Bağırov bildirib ki, onların hüquqlarının pozulması, işgəncə faktları, qeyri-insani davranışı əks etdirən fotolar və digər sübutlar ərizəyə əlavə olunub.

Onun sözlərinə görə, ərizədə Avropa Məhkəməsinə müraciət qaydalarına uyğun olaraq işə təcili baxılmasının zəruriliyi qeyd olunub.

A.Bağrırov qeyd edib ki, ərizə yanvarın 13-də məhkəməyə daxil olub.

Mediainfo.az