Nemət Pənahlı aclıq aksiyasına başlayıb

Nemət Pənahlı aclıq aksiyasına başlayıb

18 Dekabr 2012 15:07
Bəyəndim (0) Bəyənmədim (0)
Partiya rəhbərinin xanımı Elçin Behbudova müraciət edib

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov keçirdiyi mətbuat konfransında Milli Dövlətçilik Partiyasının həbsdə olan sədri Nemət Pənahlının dünəndən etibarən aclıq aksiyasına başladığın bildirib: "Həcər xanım mənə müraciət edib ki, Nemət Pənahlı ona qarşı ədalətsiz münasibətə etiraz olaraq aclıq aksiyasına başlayıb. Nemət Pənahlı mənimlə görüşmək istəyir və mənimlə görüşənə qədər aclıq aksiyasını davam etdirmək niyyətindədir".

E. Behbudov Ədliyyə Nazirliyi Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində monitorinq keçirilməsinə məhdudiyyət qoyulduğundan N. Pənahlı ilə görüşə bilmədiyini, lakin məsələnin araşdırılması üçün baş prokuror Zakir Qaralova müraciət etdiyini deyib.

O.M.