Qazax rayonu ətrafında monitorinq keçiriləcək
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq dekabrın 14-də Azərbaycan Respublikasının Qazax rayonunun Cəfərli kəndinin cənub qərbində yerləşən təmas xəttində monitorinq keçiriləcək.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kaspşik, şəxsi köməkçi Uilyam Prayor və səhra köməkçisi Xristo Xristov, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Yevgeniy Şarov keçirəcəklər.
O.M.
Digər xəbərlər









































.jpg)
.jpg)
.jpg)


















































