Rusiya sülhməramlıları yenə oyun oynayır: Xəritədəki göstərilən artıq  postların sayı azaldılıbmı?

Rusiya sülhməramlıları yenə oyun oynayır: Xəritədəki göstərilən artıq postların sayı azaldılıbmı?

7 Aprel 12:23
302
Bəyəndim (0) Bəyənmədim (0)

“Sülhməramlı” hərbi kontingentin komandanlığı, doğrudanmı, müxtəlif məntəqələrdə qurulmuş 6 əlavə müşahidə postunu dərhal ləğv edib?..

Dünən - aprelin 6-da səhər saatlarında verdiyimiz xəbərdən bəlli olurdu ki, Rusiyanın “sülhməramlı” hərbi kontingentinin komandanlığı müvəqqəti(!) məsuliyyət zonası olan Azərbaycan torpaqlarında müşahidə postlarının sayını artırıb.

Belə ki, 10 noyabr 2020-ci ildən bəri ilk dəfə olaraq “sülhməramlı”ların aprelin 4-ü və 5-i tarixli xəritələrində qeyd edilən müşahidə post və məntəqələrinin sayının çoxaldığı və cəmi iki gündə 27-dən 33-ə qaldırıldığı aydın görünürdü... Bunun hesabına Laçın dəhlizi, Fərrux dağı, Ağdərə və Qırmızı Bazar qəsəbəsi ətrafında yeni postların qurulduğu qeyd edilmişdi...

Oxuməni.az Moderator.az-a istinadən xəbər verir ki, Rusiyanın Qarabağdakı hərbi kontingentinin dünən gecə saatlarında Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında təqdim edilmiş 6 aprel 2022-ci il tarixinə dair xəritədə müşahidə postlarının sayı əvvəlki kimi 27 olaraq göstərilib.

Sadəcə, bir neçə postun yerinin dəyişdirildiyi görünür. Məsələn, Xocavənd rayonunun Qarakənd kəndi yaxınlıındakı 14-cü post bu dəfə "Sarentaq"(yəqin ki, Sarenxard yüksəkliyi(968 m)) adlanan məntəqədə yerləşdirilib. Bundan əlavə, Tərtər rayonu ərazisində - Ağdam rayonunun Şotlanlı kəndinə yaxın məntəqədəki 20-ci post "Vostoçnıy"- "Şərq" adlandırılıb.

Müşahidə postlarının sayının 33-dən 27-yə qaytarılması xəritə üzərində belədir. Bəs reallıqda Rusiya "sülhməramlı” hərbi kontingentinin komandanlığı, doğrudanmı, müxtəlif məntəqələrdə qurulmuş 6 əlavə müşahidə postunu dərhal ləğv edib?..

Bu suala dəqiq cavab tapmaq və ictimaiyyəti məlumatlandırmaq isə Azərbaycan Müdafiə Nazirliyi və ya dövlət təhlükəsizlik qurumlarının borcudur...