“Virusun 4-cü dalğasını yaşayırıq. 5-ci dalğa da olmalıdır...” - Proqnoz

“Virusun 4-cü dalğasını yaşayırıq. 5-ci dalğa da olmalıdır...” - Proqnoz

31 Avqust 2021 17:19
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbayacanda artıq 3-cü doza vaksinin vurlmasına başlanılıb. Buna səbəb kimi vaksininin immunitet müddətinin 6 ay olması göstərilib.

Oxuməni.az xəbər verir ki, hər altı aydan bir vaksinasiyanın zərurliyi ilə bağlı çağırıpşlar edirlər. Bu insanlarda narahatlıq yaradır. Maraqlıdır, 6 aydan bir vaksinin vurulması nə dərəcədə doğrudur? İnsanlar ömürlərinin axırına qədər vaksin vurdurmalıdırlar?

Azərbaycan Dövlət Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşid Mahmudov Yenisabah.az-a virusun bakterioloji bir silah olaraq hazırlandığını deyib:

“Vaksinasiya aparılması vacib bir prosedurdur. Bu virus bir aminoturşu qalığından ibarət, çox zəif zülaldır. Hər dövlətin özünün bakterioloji silahı olur. Bunu 2014-2015-ci ildə bakterioloji silah kimi düzəldiblər. Obamaya da bu silahı almaq təklifi ediblər, lakin razı olmayıb. O silah daha sonra 1 milyon 500 min dollara Çin aliminə satılıb. Çin aliminin bunu bilərəkdən etdiyini deyə bilmərəm”.

R.Mahmudovun sözlərinə görə, bu virusun əldəqayırma növüdür:

“Koronavirusun əslində 6 növü var. Bu 7-ci növüdür. Belə növ yoxdur, əldəqayırmadır. Virusları elə bil ki, bir torbaya doldururlar, onlarda başlayır bir-biri ilə mübarizə aparmağa. Daha sonra hansı virus güclüdürsə, o digərini öldürür. Lakin onun genini özünə çəkir. Deməli virusun bizdə geni olmalı idi. 40 geni var. Hazırlanıb vurulan vaksin də 40 genə qarşı ola bilməz. Çünki 40 geni yaratmaq üçün 15-20 il vaxt lazımdır. 1-2 il müddətində ancaq yarısına qədərini yarada bilərlər. Artıq yarada bilməzlər, mümkünsüzdür. Virusun toksini elədir ki, bilavasitə ağ ciyərin bir damarında qanı laxtalandırır, qan getmir. Ağ ciyər şüşə kimi, düm ağappaq olur. Virusun 4-cü dalğasın yaşayırıq. 5 dalğa da olmalıdır... Hələ 1-i qalıb”.

Rəşid Mahmudov vaksin vurulmağın vacibliyini qeyd edib: “Vaksin 40 gendən 15-ni neytrallaşdıracaq. Yəni yoluxan insan xəstəliyi yüngül keçirəcək.

Elə xəstəliklər var ki, insan bircə dəfə keçirir. Virusun toksininə qarşı anti-toksin yaranır. İnsan ömrünün axırına qədər anti-toksin qanda qalır, dövr edir. Amma elə xəsəliklər var ki, onun toksini bir neçə ay qala bilir. Çünki yaranan anti-tellər sidiklə, tərlə parçalanır və bədəndən xaric olur. Molekul çəkisi 70 mindən aşağı nə varsa, hamısı bədəndən tez xaric olunur.

Bu virusa qarşı yaranmış ani-toksinlər də 6 aydan artıq qala bilmir. Tez bir zamanda xaric olur.

Ona görə də yenidən vaksin vurmaq lazımdır. Bu labüddür, həmişəlik deyil. 1 dalğası qalıb. Ondan sonra koronavirus qurtaracaq. Heç kim narahat olmasın”.