Azərbaycan ordusu Gorus-Qafan yolunu bağladı

Azərbaycan ordusu Gorus-Qafan yolunu bağladı

26 Avqust 2021 10:53
Bəyəndim (2) Bəyənmədim (0)

Qafan-Gorus dövlətlərarası yolu bağlı olaraq qalır.

Oxuməni.az "Armenian News"a istinadla xəbər verir ki, bir ucu İrana gedən beynəlxalq tranzit marşrutu Azərbaycan ordusunun əsgərləri tərəfindən bağlanılıb.

"Ermənistan səlahiyyətliləri hələlik Azəraycan tərəfinin konkret bir şey tələb etmirlər".

Bunu Qafan şəhərinin meri Gevorq Parsyan erməni saytına müsahibəsində bildirib.

"Danışıqlar zamanı azərbaycanlılar bildiriblər ki, yolun bağlanmasının səbəbi iki erməni hərbçinin azərbaycanlı əsgərə hücum edərək süngü ilə bıçaqlamasıdır".

Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyi erməni hərbçilərinin iştirakı ilə baş verən insidenti təkzib edib.

Gevorq Parsyanın sözlərinə görə, yeni danışıqlarla yolu açacağı gözlənilir. " Ermənistan və Rusiya sərhəd qoşunlarının nümayəndələri hadisə yerindədir".

Parsyan onu da qeyd etdi ki, Azərbaycan əsgərləri avqustun 25 -də axşam saat 8 radələrində yolu bağladılar. "Vətəndaşlarımız bu ərazidə maşınlarında idilər, rus sərhədçilərinin köməyi ilə təxliyə olunublar. Zərərçəkən yoxdur", - deyən Parsyan mülki əhalinin təxliyə edilmədiyini söyləyib.