Sentyabrın birindən yeni məhdudiyyətlər tətbiq olunacaq
Sentyabrın birindən yeni məhdudiyyətlər tətbiq olunacaq.
Oxuməni.az xəbər verir ki, bu barədə Operativ Qərargahın keçirdiyi birfinqdə Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.
TƏBİB-in departament müdiri Yaqut Qarayeva isə koronavirusla bağlı hazırkı durum haqda məlumat verib:
"Azərbaycanda son günlərdə kəskin sürətdə yoluxma müşahidə olunur. Bizim üçün önəmli olan yoluxma əmsalıdır. Ayın əvvəlində 7 faiz idisə, indi isə bu əmsal 23 faizdir. Bu gün 18 pandemiya müəssisəsi fəaliyyət göstərir. Əlbəttə ehtiyat tibb müəssisələri mövcuddur. Bu sahəyə bağlı 40-a yaxın xəstəxana var. Avqustun 1-də xəstəxanalarda 808 xəstə var idisə, dünənki rəqəmə əsasən bu rəqəm 2458-i keçib. Bu da onu göstərir ki, ciddi şəkildə qaydalara əməl etməliyik".
***
Ş. Mövsümov bildirib ki, sentyabrın 1-dən Azərbaycanda bu qaydalar tətbiq olunacaq: Ticarət mərkəzləri, mehmanxanalar, ictimai iaşə və ali təhsil müəssisələrinə yalnız Covid pasportu olan şəxslər buraxılacaq.










































.jpg)














































