“Azərsu” ASC-də media rəhbərləri ilə görüş keçirilib

“Azərsu” ASC-də media rəhbərləri ilə görüş keçirilib

31 Mart 2016 16:15
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün "Azərsu" Açıq Səhmdar Cəmiyyətində Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) ilə birgə media rəhbərləri ilə görüş keçirilib. "Azərsu" ASC-də baş tutan görüşdə qurumun sədri Qorxmaz Hüseynov, "Azərsu" ASC-nin rəhbər işçiləri, "KİVDF-nin icraçı direktoru Vüqar Səfərli və ölkənin aparıcı mətbuat orqanlarının rəhbərləri iştirak ediblər. Tədbirdə öncə 31 mart Azərbaycanlıların Soyqırım günü ilə bağlı soyqrım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Qorxmaz Hüseynov bu görüşün baş tutmasının böyük əhəmiyyət daşıdığını, "Azərsu" ASC–nin gördüyü işlərin, içməli su təhcizatı ilə bağlı yaranmış problemlərin daim mediada işıqlandırıldığını söyləyib: "Bütün qurumlar kimi "Azərsu" ASC-nin də fəaliyyətinin ictimaiyyətə çatdırılmasında media başlıca rol oynayır. Eyni zamanda "Azərsu" ASC-nin xidmət göstərdiyi əhali ilə olan problemlərin bizim quruma çatdırılmasında rol oynayan da media nümayəndələridir".

Daha sonra söz KİVDF-nin icraçı direktoru Vüqar Səfərliyə verilib. V. Səfərli öncə Fondun yaradılmasının məqsədi, çap mediaya dövlət dəstəyinidən söz açıb. Fondun fəaliyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verən V. Səfərli, daha sonra bu görüşün keçirilməsinin məqsədi barədə tədbir iştirakçılarına məlumat verib. Fond rəhbəri mərkəzi və yerli icra orqanları ilə KİVDF-nin birgə fərdi jurnalist yazıları müsabiqəsi təşkil edildiyini, "Azərsu" ASC ilə də bu ənənənin davam etdiriləcəyini söyləyib. Bu gün keçirilən tədbirdə də "Azərsu" ASC-nin KİVDF ilə birgə jurnalist yazıları müsabiqəsinin elan ediləcəyini söyləyib. Daha sonra "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov qurumun ölkədə içməli su təchizatının yaxşılaşdırılması istiqamətində görüdüyü işlərdən geniş söz açıb.

Tədbirdə "Azərsu" ASC-nin KİVDF ilə birgə fərdi jurnalist yazıları müsabiqəsinin elan edilməsi barədə qərar qəbul olundu.

Mediainfo.az

Digər xəbərlər