BDU-nun iki əməkdaşı İranda qəzaya uğrayıblar

BDU-nun iki əməkdaşı İranda qəzaya uğrayıblar

26 Dekabr 2012 17:41
Bəyəndim (0) Bəyənmədim (0)
Onlardan biri dünyasını dəyişib...

1992-1993-cü illərdə BDU-nun rektoru olan, 1995-ci ildən isə BDU-nun Cinayət hüququ və Kriminologiya kafedrasının müdiri işləyən, hüquq elmləri doktoru, Firudin Səməndərov və universitetin daha bir əməkdaşı Rafiq Əhmədov İrandan müalicədən qayıdarkən yol qəzasına düşüblər. Nəticədə R. Əhmədov dünyasını dəyişib. F. Səməndərov isə ağır vəziyyətdə Azərbaycana gətirilərək, Bakıdakı xəstəxanalardan birinə yerləşdirilib.


Onun da vəziyyəti qənaətbəxş deyil...

O.M.