ABŞ-ın dövlət borcu rekord səviyyəyə çatıb

ABŞ-ın dövlət borcu rekord səviyyəyə çatıb

2 Oktyabr 2018 10:43
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın dövlət borcu 21.516 trilyon dollara çatıb.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə Washington Examiner nəşri yazıb. Bu son illərin ən rekord dövlət borcu hesab edilir. Nəşrin bildirdiyinə görə, son bir ildə ABŞ-ın dövlət borcu 1,2 trilyon dollar artıb. Qeyd edək ki, ABŞ-da maliyyə ili hər il sentyabrın 30-da başa çatır. Oktyabrın 1-də isə yeni maliyyə ili başlayır. Ekspertlər ABŞ-da dövlət borcunun hər il təxminən 1-1,5milyard dollar artacağını planlaşdırıblar. Onlar bunun səbəbini hökumətin xərclərinə nəzarət edilməməsində görürlər. Nəticədə hökumətin xərcləri hər il artır.