Nazir Ağdaşda vətəndaşları qəbul edəcək
Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov tərəfindən martın 17-də Ağdaş şəhərində, Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.
FHN saytının verdiyi məlumata görə, qəbulda Mingəçevir və Naftalan şəhərlərinin, Ağdaş, Yevlax, Goranboy rayonlarının sakinləri, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbulda yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşların qeydiyyatı Ağdaş Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında 16 mart 2017-ci il tarixində saat 09.00-da başlayacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Mediainfo.az
Digər xəbərlər








































.jpg)


















































