Bakıda daha 17 dayanacaq quraşdırılacaq

Bakıda daha 17 dayanacaq quraşdırılacaq

22 Fevral 2017 15:47
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda daha 17 ünvanda yeni dayanacaq məntəqələri müəyyənləşdirilərək nişanlaşdırılıb.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilir ki, bu məntəqələrdən 12-si hazırda müsabiqəyə çıxarılan yeni 125 nömrəli müntəzəm marşrut xəttinin keçdiyi ərazidə, 5-i isə 1 nörməli müntəzəm marşrut xəttinin hərəkət trayektoriyasına yeni daxil edilən Ələsgər Qayıbov küçəsində yerləşir.

Bununla yanaşı yeni yaradılan Lökbatan Nəqliyyat Mübadilə Mərkəzində Bakı Kart ödəniş terminalları yerləşdirilib.

Mediainfo.az