Türkiyə Rusiya qazından imtina etməyəcək

Türkiyə Rusiya qazından imtina etməyəcək

14 Oktyabr 2015 16:38
Bəyəndim (0) Bəyənmədim (0)

"Türkiyənin Rusiya qazından imtina etməsindən söhbət gedə bilməz".

Ria.ru xəbər verir ki, bunu Türkiyənin enerji və təbii ehtiyatlar naziri Ali Rıza Alaboyun deyib.

Onun özlərinə görə, Ankara və Moskva arasında energetika sahəsində problem yoxdur: "Rusiya bizim üçün yaxşı təchizatçı, biz isə onun üçün yaxşı alıcıyıq. Biz lazım olan qazın 60 faizini Rusiyadan alırıq. İmtinadan söhbət gedə bilməz. Hansısa məsələdə problem yaranarsa, biz onun həllini tapacağıq".

Qeyd edək ki, ötən il "Qazprom" Türkiyəyə 27,4 milyard kubmetr qaz satıb.

Mediainfo.az