Hepatit B virusu pulsuz yoxlanılacaq

Hepatit B virusu pulsuz yoxlanılacaq

30 May 2014 17:35
Bəyəndim (0) Bəyənmədim (0)

İyun ayı ərzində Azərbaycanda Hepatit B virusunun pulsuz yoxlanılması aparılacaq. Apa -nın xəbərinə görə, bu barədə jurnalistlərə Respublika Diaqnostika Mərkəzinin baş həkimi Rauf Ağayev məlumat verib. O bildirib ki, Respublika Diaqnostika Mərkəzində iyunun 1-dən etibarən bir ay ərzində pulsuz laborator analizlər aparılacaq: "Bu, çox vacib tədbirdir. Çünki viruslu hepatitlər çox geniş yayılmış xəstəliklərdir. Dünyada yüz milyonlarla insan bu xəstəliyə yoluxub. Bu xəstəliyin vaxtında diaqnostikası, profilaktik tədbirlərin və müalicəsinin aparılması ümumi xəstəliyin müalicəsində böyük rol oyanır. Bu məqsədlə də RDM-də bir ay ərzində əhalinin pulsuz müayinəsi aparılacaq".

Baş həkim qeyd edib ki, analizlər nəticəsində hər hansı şəxsdə Hepatit B virusu aşkarlanarsa, mütəxəssislər tərəfindən lazımı konsultasiyalar keçiriləcək. Mərkəzdə Hepatit virusuna qarşı peyvənd işinin aparılması üçün imkanın olduğunu deyən R. Ağayevin sözlərinə görə, lazımi müalicə üsulları da həkimlər tərəfindən konsultasiyadan sonra tətbiq olunacaq. O vurğulayıb ki, virus aşkar olunduqda RDM-də vaksinasiya aparılacaq və bu da yarım il ərzində həmin şəxsi Hepatit B-dən azad edəcək.

Mediainfo.az