
Polşa NATO generalının 2027-ci ildə Rusiya ilə mümkün müharibə ilə bağlı bəyanatını dəstəkləyib
Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Aleksus Qrinkeviçin 2027-ci ildə Rusiya və Çinlə mümkün müharibə ilə bağlı sözlərini “siqnal” və “təhlükəsizlik məsələsinin” aktuallığının təsdiqi hesab edib. Bu barədə o, sosial şəbəkədəki X səhifəsində yazıb.
“Biz İkinci Dünya Müharibəsinin bitməsindən bəri ən təhlükəli dövrlərdə yaşayırıq və bizim ümumi vəzifəmiz təhlükəsizliyimizi üç sütun üzərində təmin etməkdir: güclü cəmiyyət, güclü ordu və güclü ittifaqlar”, - Kosiniyak-Kamış yazıb.
Bundan əvvəl Qrinkeviç demişdi ki, Çin və Rusiya 2027-ci ildə alyansa üzv ölkələrə qarşı müharibəyə başlaya bilər.
Hərbçinin sözlərinə görə, Çin böyük ehtimalla Tayvan ərazisində əməliyyata başlamazdan əvvəl öz hərəkətlərini Rusiya ilə razılaşdıracaq. Qrinkeviç əlavə edib ki, Şimali Atlantika Alyansı belə nəticələrə hazır olmalı və öz arsenalında bütün lazımi resurslara malik olmalıdır.
Bundan əvvəl NATO Kalininqrad bölgəsini yer üzündən silməklə hədələmişdi.
Əziz Mustafa