Moskva yenidən pilotsuz təyyarənin hücumuna məruz qalıb
Moskva meri Sergey Sobyanin bildirib ki, pilotsuz uçuş aparatı Moskvaya uçmaq istəyərkən hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub. Onun qalıqları Expocentre ərazisinə düşüb.
Sobyanin teleqram kanalında bildirib ki, ilkin məlumata görə, ciddi dağıntı və tələfat yoxdur.
"Şəhərin fövqəladə hallar xidmətləri yerində işləyir", - deyə Moskva meri əlavə edib.
Rusiya Müdafiə Nazirliyi də həmin gecə Moskvada obyektlərə hücum etməyə cəhd edən PUA-nın vurulması barədə məlumat verib.
Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumatına görə, pilotsuz təyyarə Moskva vaxtı ilə səhər saat 4 radələrində hava hücumundan müdafiə sistemləri tərəfindən aşkar edilərək vurulub.
“PUA hava hücumundan müdafiə silahlarına məruz qaldıqdan sonra uçuş yolunu dəyişərək Moskvanın Krasnopresnenskaya sahilindəki qeyri-yaşayış binasının üzərinə düşüb. İtki və yanğın yoxdur”, - deyə Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Əziz Mustafa


















































































