ABŞ-ın Moskvadakı keçmiş səfiri: Müharibədən sonra dərhal Ukraynanı NATO-ya dəvət edin
Müharibə bitdikdən sonra NATO Ukraynaya dərhal Alyansa qoşulmaq üçün dəvət göndərməlidir. Bu, Putinin atəşkəsdən yalnız ordusunu yenidən qurmaq və yeni münaqişəyə başlamaq üçün istifadə etməməsini təmin edəcək.
Oxuməni.az xəbər verir ki, bu barədə ABŞ-ın Moskvadakı keçmiş səfiri Maykl Makfol Twitter səhifəsində bildirib.
Makfolun fikrincə, NATO-ya üzvlük müharibədən sonrakı tədbirlər paketinin elementlərindən biri olmalıdır. Digər tədbirlərə Ukraynanın bərpası üçün resursların ayrılması, təzminat ödənilməsi və müharibə cinayətləri törədənlərin təqib edilməsi üçün beynəlxalq öhdəlik daxil edilməlidir.
"Döyüşlər nə qədər uzun müddət davam edərsə, ABŞ-ın Rusiya ilə müharibəyə cəlb olunma ehtimalı bir o qədər yüksəkdir. Ona görə də Ukraynaya ATACM və F-16 təyyarələrinin göndərilməsi indi ABŞ üçün münaqişəni uzatmaqdan daha az risklidir",-deyə keçmiş səfir vurğulayıb.
Əziz Salamoğlu





























.jpg)





















































