Braziliya: Favelalarda polis reydləri nəticəsində onlarla insan ölüb

Braziliya: Favelalarda polis reydləri nəticəsində onlarla insan ölüb

3 Avqust 2023 16:20
Bəyəndim (0) Bəyənmədim (0)

Rio-de-Janeyro favelalarından birində keçirilən reyd zamanı 9 nəfər ölüb, iki polis əməkdaşı yaralanıb.

Polisin bəyanatında deyilir ki, silahlı şəxslər əvvəlcə atəş açıb, asayiş keşikçilərini yaralayıb və onları atəşə cavab verməyə məcbur ediblər.

Hadisə Braziliyada polisin ölümcül əməliyyatlarının sonuncusu olub. Son vaxtlar üç ştatda onlarla insan ölüb.

Son illərdə hökumətin zorakılıq və mütəşəkkil cinayətkarlıqla mübarizə strategiyası, xüsusən də polisin silahdan istifadəsinə haqq qazandırması tənqid olunur.

E.Axund