"Taliban" Əfqanıstandakı bütün gözəllik salonlarının bağlanmasını əmr edib
Əfqanıstanda hakim Taliban hərəkatı ölkədəki bütün gözəllik salonlarının bağlandığını elan edib. Bir az əvvəl bu müəssisələrin sahiblərinə bizneslərini dayandırmaq üçün bir ay vaxt verilmişdi.
Salonların bağlanmasını “Taliban” rəsmi olaraq , onların xidmətlərinin qiymətlərinin həddən artıq baha olması, eləcə də bəzilərinin şəriət qanunlarına zidd olması ilə izah edib.
Qərb mediasına görə, salonların bağlanması 60 min iş yerinin itirilməsinə səbəb olacaq və onsuz da zəif olan Əfqanıstan iqtisadiyyatına ağır zərbə vuracaq. Bundan əlavə, kosmetika sektoru əfqan qadınlarına işləməyə icazə verən sonuncu yer olub.
E. Axund
Digər xəbərlər


































.jpg)
















































