Qurani-Kərimə qarşı təhqirlərə görə İslam Əməkdaşlıq Təşkilatı növbədənkənar toplanır
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib ki, İran və İraqın təklifi ilə İslam Əməkdaşlıq Təşkilatı İsveç və Danimarkada Qurana qarşı edilən təhqirlərə görə bazar ertəsi fövqəladə iclas keçirəcək.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kenani verdiyi yazılı açıqlamada, İran və İraqın təklifi ilə İslam Əməkdaşlıq Təşkilatının İsveç və Danimarkada Qurani-Kərimə qarşı təhqirlərə görə bazar ertəsi fövqəladə iclas keçirəcəyini açıqlayıb.
Kenani, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın məsələ ilə bağlı İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirləri ilə görüşdüyünü ifadə edərək, “İslam Əməkdaşlıq Təşkilatına rəsmi görüş sorğusu göndərilib. Quran təhqir olunduğu üçün bu növbədənkənar iclasın bazar ertəsi onlayn keçirilməsinə qərar verilib".
Xatırladaq ki, iyunun 28-də İsveçdə İraq əsilli Salvan Momika Stokholm məscidinin qarşısında polisin mühafizəsi altında Quranı yandırıb. Daha sonra Momika Stokholmdakı İraq səfirliyi qarşısında Qurani-Kərim və İraq bayrağını ayağının altına alaraq İslamı təhqir edib.
Ötən həftə Danimarkanın Kopenhagendəki İraq səfirliyi qarşısında ifrat sağçı “Danske Patrioter” (Danimarka Vətənpərvərləri) adlı qrup sosial şəbəkələrdə Quranın yandırıldığını və İraq bayrağının tapdalandığını əks etdirən video yayımlamışdı.
Murad Şahməmməd

















































































