Türkiyədə meşə yanğınları Antalya, Kəmər və Qəhrəmanmaraş şəhərlərini bürüyüb
Türkiyədə meşə yanğınları tüğyan edir, Antalya, Kəmər və Qəhrəmanmaraş şəhərlərini bürüyüb.
Oxuməni.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatının yaydığı məlumatda deyilir.
Türkiyədə meşə yanğınları Kəmərin turizm bölgəsinə təsir edib, yanğın otellərdən də görünür. Ölkənin Meşə Təsərrüfatı Baş İdarəsindən verilən məlumata görə, ümumilikdə yanğın artıq üç əyaləti əhatə edib: Antalya, Manisa və Kahramanmaraş.
Bəzi kadrlardan görünür ki, kurort zonasından cəmi bir neçə kilometr aralıda meşələr yanır.
Türkiyə mediası yazır ki, bir neçə oteldə elektrik enerjisi kəsilib, lakin Kəmər administrasiyası təxliyyə elan etməyi planlaşdırmır. Türkiyədə yaranmış həddindən artıq istilər yanğınla mübarizəyə mane olur.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi vətəndaşları meşələrə daha diqqətli olmağa və meşələrin yaxınlığında zərrə qədər yanğın mənbəyinə yol verməməyə çağırıb.
Onun sözlərinə görə, artıq meşə yanğınlarının söndürülməsinə 24 təyyarə, 100 helikopter və on PUA, o cümlədən 25 min yanğınsöndürən cəlb olunub.
Əziz Mustafa


































.jpg)
















































