ABŞ “NATO ərazisinin hər qarışını” müdafiə edəcək
ABŞ NATO ərazisini müdafiə edəcək.
Oxuməni.az xəbər verir ki, Dövlət Departamenti Belarus prezidenti Aleksandr Lukaşenkonun “Vaqner” yaraqlılarının guya Polşaya hücum etmək istədiklərini söyləyən sözlərini şərh edərkən bildirib.
Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib ki, ABŞ “NATO ərazisinin hər qarışını” müdafiə edəcək. Eyni zamanda Miller bildirib ki, Lukaşenkonun sözləri “onun çoxsaylı məsuliyyətsiz şərhlərindən daha birisidir”.
Aleksandr Lukaşenko Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı bildirib ki, “Vaqner PMC” muzdluları onu “sıxışdırırlar”, çünki guya onlar Polşanı işğal etmək istəyirlər. Amerika Müharibənin Tədqiqi İnstitutunun məlumatına görə, Belarusa köçən “Vaqnerçilər” Ukrayna və Polşa üçün təhlükə deyil.
Əziz Salamoğlu




























.jpg)






















































