İdman zalının damının uçması nəticəsində 11 uşaq dünyasını dəyişib
Çinin Heilongjiang əyalətində məktəbin idman zalının damının uçması nəticəsində 11 nəfərin öldüyü bildirilir. Sinxua agentliyinin məlumatına görə, bazar günü axşam saatlarında məktəbin idman zalının damı uçub. Bölgə yanğınsöndürmə və xilasetmə qruplarının verdiyi açıqlamada çökmə zamanı zalda 19 nəfərin olduğu bildirilib. Damın altında qalan 4 nəfər öz səyləri ilə dağıntılar altından xilas olarkən, 15 nəfər isə köməksiz vəziyyətdə qalıb. Xilasedicələrlər dağıntılar altında qalan 11 nəfərin cəsədini çıxartdıqlarını, 4 nəfərin isə yaralı olaraq xilas edildiyini açıqlayıblar.
İlk araşdırma zamanı müəyyən edilib ki, idman zalının tikintisi zamanı dam örtüyündə qanunsuz olaraq perlitdən istifadə edilib.
Bildirilir ki, bu material yağış zamanı suyu özünə çəkdiyi üçün ağırlaşır və çökməyə səbəb olur. Araşdırmalar çərçivəsində damın tikintisi ilə məşğul olan şəxslər saxlanılıb.
Murad Şahməmməd


































.jpg)
















































