Ukrayna qələbəyə və NATO-ya üzv olacağına əmindir
Rusiya-Ukrayna müharibəsi gələn ilin yayında bitə bilər, Ukrayna bu müharibədə qalib gələcək.
Oxuməni.az xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov deyib.
"Bəli. Biz bu müharibədə qalib gələcəyik", - deyən nazir jurnalistlərin müharibənin 2024-cü ilin yayına qədər bitəcəyini düşünüb-düşünmədiyi sualına cavab verib.
Onun sözlərinə görə, 2024-cü ilin iyulunda Vaşinqtonda (ABŞ) keçiriləcək NATO-nun növbəti sammitində Ukrayna Şimali Atlantika Alyansına qəbul oluna bilər. O zaman müharibə bitə bilər”, -deyə Reznikov bildirib.
"Kim bilir, bəlkə də Ukrayna üçün çox vacib bir gün olacaq. Bu, sadəcə mənim proqnozumdur", - o deyib.
Reznikov həmçinin ABŞ prezidenti Co Bayden administrasiyasının müharibə başa çatdıqdan dərhal sonra Ukraynanı NATO-ya qəbul etmək öhdəliyindən imtina etməyəcəyini deyib:
"Düşünürəm ki, buna ehtiyac yoxdur. Ukraynada nizamlı qəbul prosesi olacaq və bu arada lazımi islahatlar üzərində işləməyə davam edəcək".
Reznikov onu da vurğulayıb ki, Ukraynanın NATO-ya qəbul olunmasının faydaları onun Rusiyanın hərbi təcavüzünə qarşı mübarizəsini nəzərə alaraq daha da artıb.
“Qələbədən sonra, bütün bunlardan sonra bu, NATO-nun maraqlarına uyğun olacaq, çünki biz NATO-nun əsl şərq qalxanı və ya Avropanın şərq sipərinə çevrilmişik”, - deyən nazir əlavə edib ki, Ukrayna “əsl döyüş təcrübəsi əldə edib: rusları necə çəkindirmək, onları məğlub etmək, standart NATO silahlarından istifadə etmək”.
Əziz Mustafa, Oxumeni.az

















































































