Daşnak Aslan Aslanyanın Ermənistana girişinə qadağa qoyulub
Niderland vətəndaşı, Daşnaksütyun Partiyasının üzvü Aslan Aslanyanın Ermənistana girişinə qadağa qoyulub.
Oxuməni.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i “Ermənistan” fraksiyasından olan deputat Kristin Vardanyana istinadən yayıb.
Vardanyan sosial şəbəkədə yazıb: “Zvartnots hava limanında onun pasportu müsadirə edilib və ölkəyə girişinin qadağan olunduğu barədə məlumat verilməzdən əvvəl onu on saat gözləməyə məcbur ediblər".
Bundan əvvəl Daşnaksütyun Partiyasının liderləri Murad Papazyan və Masis Abramyan və gənclər birliyinin üzvü Syune Abrahamyan Ermənistanda persona non qrata edilib.
Əziz Baş Göynüklü
Digər xəbərlər

















































































