Netanyahu və Mahmud Abbas Türkiyəyə səfər edəcəklər
Netanyahu və Mahmud Abbas Türkiyəyə səfər edəcəklər.
Oxuməni.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ofisi bildirib.
Səfər çərçivəsində Türkiyə lideri iyulun 28-də İsrailin baş naziri Binyamin Netanyahunu qəbul edəcək. Məlumat İsrail baş nazirinin ofisində də təsdiqlənib.
Türkiyə Prezident Aparatının mesajında həmçinin bildirilir ki, Netanyahudan üç gün əvvəl Ərdoğan Fələstin Muxtariyyətinin sədri Mahmud Abbası qəbul edəcək.
İsrail mediası Netanyahunun Ankara səfərindən iki gün əvvəl Lefkoşaya səfər edəcəyini, orada Kipr və Yunanıstan liderləri ilə görüşəcəyini bildirir.
Əziz Mustafa
Digər xəbərlər


































.jpg)
















































