İsraildə etiraz aksiyaları gecəboyu davam edib

İsraildə etiraz aksiyaları gecəboyu davam edib

21 İyul 2023 10:32
Bəyəndim (0) Bəyənmədim (0)

İsraildə məhkəmə islahatlarının yüzlərlə əleyhdarı gecə saatlarında Təl-Əvivin mərkəzində bir neçə küçəni və şəhərin şərqindəki böyük magistralın hissələrini bağlayıb.

Oxuməni.az xəbər verir ki, nümayişçilər baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi ölkə hökumətinin siyasəti və onun təklif etdiyi İsrail məhkəmə sisteminin transformasiyası planı ilə razı olmadıqlarını bildirirlər. Bu planda Ali Məhkəmənin səlahiyyətlərinin məhdudlaşdırılması və icra hakimiyyətinə hakimlərin seçiminə nəzarət etmək hüququ nəzərdə tutulur. Nazirlər Kabinetinin ilin əvvəlində irəli sürdüyü bu plan müxalifətin kəskin etirazına səbəb olub. Müvalifət belə hesab edir ki, belə bir islahat demokratiyanın əsaslarını sarsıdacaq. Nümayişlər 28 həftədir ki, dayanmır.

Bir qrup etirazçı Ayalon şossesinin yoluna girərək, orada alov yandırıblar. Nümayişçiləri dağıtmaq üçün su şırnaqlarından və atlı polisdən istifadə edilib. Atlı polis dəstələri nümayişçilərin üzərinə yeridilib və onların köməyi ilə aksiyaçılar pərən-pərən salınıb. “The Times of Israel” xəbər verir ki, Təl-Əvivdə sülhü pozan altı nümayişçi həbs edilib, ən azı bir nümayişçi yaralanıb.

Əziz Mustafa