Krımda silah-sursat anbarı yanır: Sakinlər təxliyə edilir

Krımda silah-sursat anbarı yanır: Sakinlər təxliyə edilir

19 İyul 2023 10:15
Bəyəndim (0) Bəyənmədim (0)

Krımın Kirovski rayonunda təlim poliqonunda silah-sursat anbarı yanır.

Oxuməni.az xəbər verir ki, məlumatı ilhaq edilmiş ərazinin “rəhbəri” Sergey Aksyonov da təsdiqləyib. Poliqona bitişik ərazidən iki mindən çox insanın təxliyəsi planlaşdırılır. Bir neçə saatdır ki, partlayışlar davam edir.

Baza-nın məlumatına görə, partlayışlar təxminən saat 4:30-da başlayıb. Yanğın səbəbindən "Tavrida" federal magistral yolu bağlanıb. Nəqliyyat Starıy Krım və Pervomayskoye qəsəbələri vasitəsilə yönləndirilir.

Yanğının baş vermə səbəbləri barədə məlumat yoxdur. Yerli sakinlərin sözlərinə görə, yanğından əvvəl silsilə partlayışlar olub.

Əziz Mustafa, Oxumeni.az