Yaponiya və Fransa ilk dəfə birgə təlimlər keçirəcək
Yaponiya Hava Özünümüdafiə Qüvvələri və Fransa Hərbi Hava Qüvvələrinin pilotları iyulun 26-dan 29-dək ilk birgə hərbi təyyarə təlimini keçirəcəklər.
Oxuməni.az xəbər verir ki, bunu Yaponiyanın müdafiə naziri Yasukazu Hamada Tokioda mətbuat konfransında deyib
"Bu əhəmiyyətli təşəbbüs bölgəyə Fransanın cəlb edilməsinə və "açıq və azad Hind-Sakit Okean regionu" konsepsiyasının həyata keçirilməsinə kömək etmək məqsədi daşıyır", - deyə Yasukazu Hamada bəyan edib.
Təlimlərə Yaponiya Özünümüdafiə Qüvvələrindən üç F-15 və iki F-2 qırıcısının, Fransa Hərbi Hava Qüvvələrindən isə iki Rafale qırıcısının cəlb ediləcəyi gözlənilir. Kyodo agentliyinin məlumatına görə, qarşıdakı təlimlərin məqsədi Pekinin regiondakı fəaliyyətini nəzərə alaraq Tokio və Paris arasında əməkdaşlığı gücləndirməkdir.
Əziz Mustafa










































.jpg)
.jpg)
.jpg)





































