Türkmənistan rəsmi olaraq əhalinin sayını açıqlayıb
Türkmənistan Nazirlər Kabinetinin genişləndirilmiş iclasında Dövlət Statistika Komitəsinin sədri Dövlətgəldi Amanmuhammedov 2022-ci ilin dekabrında keçirilmiş əhalinin siyahıyaalınmasının nəticələrini açıqlayıb.
Oxuməni.az xəbər verir ki, bu barədə TDH dövlət informasiya agentliyinin yaydığı məlumatda deyilir.
Açıqlanan məlumatlara görə, Türkmənistanda 7 057 841 nəfər yaşayır.
Bunlardan Marı vilayətində 1.616.246 nəfər, Daşoğuz vilayətində 1.552.725, Lebap vilayətində 1.446.857, Aşqabadda 1.030.245 nəfər, Akhallay da 882 230 və Balkan vilayətində 529 338 nəfər yaşayır
Əhalinin “təxminən” yarısı kişilər, “yarımdan çoxu” isə qadınlardır. Ölkə əhalisinin 47,1 faizi şəhərdə, 52,9 faizi isə kənddə yaşayırlar..
Əvvəllər Türkmənistanda əhalinin sayı ilə bağlı rəsmi məlumat açıqlanmırdı. Müxtəlif mənbələr bu rəqəmlə bağlı müxtəlif təxminlər veriblər.
2015-ci ildə “Türkmənistan xronikaları” 2012-ci il siyahıyaalınmasından məlumat alıb ki, həmin dövrdə ölkədə 4 751 120 nəfər yaşayıb. “Meteozurnal” nəşrinin redaktorları oxşar rəqəmlərə gəliblər, onlar ötən əsrin mövcud statistik məlumatlarını və miqrasiya dinamikasını qiymətləndirərək, 2020-ci ildə Türkmənistanda təxminən 4,95 milyon insanın yaşadığı qənaətinə gəliblər.
ABŞ hökuməti Türkmənistanın ümumi əhalisini 5,6 milyon nəfər hesab edir.
2022-ci ildə Ümumdünya Ticarət Təşkilatı Türkmənistanın ÜTT-yə üzv olmaq üçün müraciət etdiyini bildirərək, ölkə əhalisinin 6,2 milyon nəfər olduğunu qeyd edib.
Əziz Mustafa, Oxumeni.az


































.jpg)
















































