Xəzərin dayazlaşması kosmosdan çəkilmiş fotoda göstərilib
“CentralAsia”-nın xəbərinə görə Xəzər dənizi getdikcə dayazlaşır. Xəzərin vəziyyətinin kosmik monitorinqi mütəxəssislər tərəfindən son 15 ildə arxiv kosmik tədqiqatının məlumatları əsasında aparılıb. Yerin məsafədən zondlanması məlumatlarına əsasən, son 15 il ərzində Xəzər dənizinin Qazaxıstan sektorunun akvatoriyası əhəmiyyətli dərəcədə azalıb (7,1%).
Xəzər dənizinin Qazaxıstan sektorunun su səthinin sahəsi 2008-ci ildə 113 866,67 kvadrat kilometr, 2023-cü ildə isə 105 745,23 kvadrat kilometr təşkil etmişdir.
15 il ərzində müxtəlif vaxtlarda kosmik təsvirlərin təhlili su səthinin sahəsinin azaldığını aşkar edir. Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi həm ekosistemlərə, həm də dəniz təsərrüfatına təsir edən bir sıra mənfi nəticələrə səbəb ola bilər. Uzaqdan zondlama məlumatlarına əsasən, ən həssas zona Xəzər dənizinin Atırau şəhəri yaxınlığındakı Qazaxıstan hissəsidir.
Emin Axund





















































-1.jpg)
-1.jpg)
-1.jpg)


























