Türkiyə  F-16 qırıcıları ilə bağlı ABŞ-dan müsbət cavab gözləyir

Türkiyə F-16 qırıcıları ilə bağlı ABŞ-dan müsbət cavab gözləyir

13 İyul 2023 18:56
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Müdafiə Nazirliyi Amerikanın F-16 qırıcılarının Ankaraya satışı və modernləşdirilməsində müsbət nəticə gözləyir.

Oxuməni.az xəbər verir ki, bu barədə TRT kanalı idarədəki mənbələrə istinadən məlumat yayıb.

“F-16-nın modernləşdirilməsi və alınması ilə bağlı ABŞ-dan müsbət nəticə və konkret addımlar gözləyirik. Proses davam edir”, - deyə mənbə bildirib.

Həmçinin Türkiyə müdafiə sənayesi sahəsində Böyük Britaniya ilə işlərin davam etdiyini qeyd edib. Bundan əlavə, Müdafiə Nazirliyi Türkiyə üçün “NATO-nun Vilnüs sammitində ixrac məhdudiyyətlərinin aradan qaldırılması ilə bağlı aparılan müzakirələrin nəticələrinə nəzarət edir”. Söhbət ilk növbədə Ankaranın silah istehsalında istifadə etdiyi bəzi müdafiə təyinatlı məmulatlarının respublikaya tədarükü ilə bağlı Kanada tərəfindən qoyulan məhdudiyyətlərin ləğvindən gedir.

Əziz Mustafa, Oxumeni.az