Ukraynaya ən çox artilleriya mərmiləri lazımdır

Ukraynaya ən çox artilleriya mərmiləri lazımdır

13 İyul 2023 13:36
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynaya ən çox artilleriya mərmiləri lazımdır.

Oxuməni.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden “yer-yer” tipli ballistik raketlərin Ukraynaya ötürülməsinin mümkünlüyü ilə bağlı suala cavabında deyib.

Bloomberg-in əməkdaşı olan jurnalist Vilnüsu tərk etməzdən əvvəl ABŞ prezidentindən bu cür raketləri Ukraynaya ötürmək fikrində olub-olmadığını soruşub.

“Bəli, mümkündür, lakin onlarda artıq ATACMS ekvivalenti var və onların ən çox ehtiyacı olan şey artilleriya mərmiləridir. Biz bunun üzərində işləyirik”, - deyə Bayden cavab verib.

Çərşənbə günü prezident Vladimir Zelenski Ukraynaya uzun mənzilli ATASMS raketlərinin nə vaxt veriləcəyini bilmədiyini söyləyib. Daha əvvəl Qərb nəşrləri bu mövzunun Bayden administrasiyasında müzakirə edildiyini yazmışdı. Jurnalistlərin fikrincə, bu silahların ötürülməsi Ukraynanın gözlənildiyindən daha ləng hərəkət edən əks-hücum əməliyyatı ilə bağlı problemlərə görə nəzərdən keçirilir.

Əziz Mustafa