İslandiyanın paytaxtından 30 km aralıda güclü vulkan püskürməsi başlayıb
İslandiyanın paytaxtı Reykyavik yaxınlığında Faqradalsfyall adlı vulkanı püskürməyə başlayıb
Oxuməni.az xəbər verir ki, vulkanpüskürməsi paytaxt Reykyavikdən təxminən 30 km cənub-qərbdə, Litli Hrutur dağı yaxınlığındakı kimsəsiz vadidə qeydə alınıb.
Püskürmənin başlaması ilə, ərimiş lava axınları bir kilometr məsafəyə yayılıb. Bu püskürmə son iki ildə ərazidə baş verən üçüncü vulkan püskürməsidir.
İslandiya Meteorologiya İdarəsi, püskürmənin əvvəlcə əvvəlki ikisindən daha təhlükəli olduğunu bildirib. İslandiya hakimiyyəti turistlərə və müşahidəçilərə ilk növbədə kükürd qazları ilə zəhərlənmə təhlükəsi səbəbindən Faqradalsfjall-a yaxınlaşmamaq barədə xəbərdarlıq edib.
Digər xəbərlər

















































































