Kreml Ukraynanın təhlükəsizlik zəmanətlərini Rusiya üçün “son dərəcə təhlükəli” adlandırıb

Kreml Ukraynanın təhlükəsizlik zəmanətlərini Rusiya üçün “son dərəcə təhlükəli” adlandırıb

12 İyul 2023 18:47
Bəyəndim (0) Bəyənmədim (0)

G7 ölkələrinin Ukraynaya təhlükəsizlik zəmanəti vermək niyyəti yanlış və təhlükəlidir, çünki bu yolla bu ölkələr “Rusiyanın təhlükəsizliyinə qəsd edirlər”.

Oxuməni.az xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Ukraynanın NATO-ya daxil olması mövzusu - bizim buna çox mənfi münasibətimiz var. Bu mövzu G7 ölkələrinin bu gün təhlükəsizlik zəmanəti verəcəkləri və Ukrayna ilə bağlı bu faktı səsləndirəcəkləri bəyanatıynan birbaşa əlaqəlidir. Biz bunu son dərəcə yanlış və potensial olaraq çox təhlükəli hesab edirik”, - deyə Kremlin sözçüsü bildirib.

Peskovun sözlərinə görə, “Ukraynaya hər hansı təhlükəsizlik zəmanəti verməklə, bu ölkələr təhlükəsizliyin bölünməzliyi beynəlxalq prinsipinə faktiki məhəl qoymurlar”: “Yəni Ukraynaya təhlükəsizlik zəmanəti verməklə Rusiyanın təhlükəsizliyinə qəsd edirlər”.

Əziz Mustafa, Oxuməni.az