Norveç Ukraynaya1000 dron tədarük edəcək
Norveç hökuməti 1000 yeni pilotsuz uçuş aparatının (PUA) Ukraynaya təhvil verilməsi barədə qərar qəbul edib.
Oxuməni.az xəbər verir ki, bunu Norveçin müdafiə naziri Byorn Arild Qram bildirib.
"Qara Hornet adlanan PUA-lar kəşfiyyat və hədəfi müəyyən etmək üçün istifadə olunur. Onlar Norveçdə istehsal olunur və indi biz Ukraynanı min yeni pilotsuz təyyarə dəsti ilə təmin edirik", - deyə o bildirib.
Bu PUA-ların Teledyne FLIR tərəfindən istehsal edildiyi də qeyd edilir. Onlar ABŞ və Böyük Britaniya da daxil olmaqla bir sıra müttəfiq ölkələrdə istifadə olunur.
Əziz Baş Göynüklü
Digər xəbərlər

















































































