Özbəkistanda keçirilən prezident seçkilərində Şavkat Mirziyoyev 87,5 faiz səslə qalib gəlib
Özbəkistanın hazırkı prezidenti Şavkat Mirziyoyev prezident seçkilərində qalib gəlib. MSK-nın ilkin məlumatına görə, seçicilərin 87,05 faizi ona səs verib.
Oxuməni.az Özbəkistan mətbuatına istinadən xəbər verir ki, seçici fəallığı 79,8% təşkil edib. Mirziyoyevin namizədliyi Liberal Demokrat və Milli Dirçəliş Partiyası tərəfindən irəli sürülüb.
MSK-nın məlumatına görə, ikinci yerdə “Adolat” Sosial Demokrat Partiyasının namizədi, Ali Məhkəmə sədrinin birinci müavini Robaxon Mahmudova (4,43%), üçüncü yerdə Xalq Demokratik Partiyasının sədri Uluqbek İnoyatov qərarlaşıb. (4,02%), dördüncü yerdə - Ekologiya Partiyasının lideri Abduşükür Həmzəyev (3,74%).
MSK sədri Zayniddin Nizamxocayev 13 milyon 625 min 55 nəfərin səs verdiyi Şavkat Mirziyoyevin prezident seçildiyini açıqlayıb.
“Seçkilər beynəlxalq norma və standartlar, milli seçki qanunvericiliyi əsasında, aşkarlıq, şəffaflıq, azadlıq və ədalət kimi demokratik prinsiplərə tam uyğun, yüksək əhval-ruhiyyə şəraitində keçirilib.
“Özbəkistan Respublikası Prezidentinin seçkiləri haqqında” qanunun 35-ci maddəsinə əsasən, bu, Mirziyoyevə seçilmiş dövlət başçısı hesab etmək hüququ verir.
Özbəkistanda dövlət başçısının səlahiyyət müddətini 5 ildən 7 ilə qədər artıran Konstitusiyaya dəyişikliklərlə bağlı referendumdan sonra növbədənkənar seçkilər elan edilib. Dəyişikliyə əsasən, Şavkat Mirziyoyev daha iki dəfə prezidentliyə namizəd olmaq hüququ əldə edib.
Xatırladaq ki, 2016-cı il dekabrın 4-də keçirilən seçkilərdə Şavkat Mirziyoyev 87,73 faiz, 2021-ci il oktyabrın 24-də isə 80,12 faiz səslə qalib gəlib.
Əziz Mustafa, Oxuməni.az


































.jpg)
















































