Uşaqlara qarşı zorakılıqlar rekord həddə çatıb
UNICEF Ukrayna, Haiti, Nigeriya, Efiopiya və Mozambikdəki uşaqların acınacaqlı vəziyyətlərindən narahat olduğunu bildirib.
Birləşmiş Millətlər Təşkilatı 2022-ci ildə münaqişələrdə uşaqlara qarşı 27,000 ağır pozuntu halı olduğunu açıqlayıb. Bu rəqəm bir əvvəlki il 24 min olub.
Ciddi pozuntulara uşaqların döyüşçülər tərəfindən cəlb edilməsi və istifadəsi, öldürülməsi və yaralanması, cinsi zorakılıq, adam oğurluğu, məktəblərə və xəstəxanalara hücumlar daxildir.
UNICEF qeyd edib ki, İsraillə Fələstinlilər arasında böhran, Konqo və Somalidəki münaqişələr ən çox uşaqları risk altında qoyur.
BMT-nin xüsusi nümayəndəsi Virciniya Qamba bildirib ki, münaqişələrdə 8620 uşaq ölüb. 7622 nəfəri münaqişələrdə istifadə olunub və ya silahlı qruplar tərəfindən hərbi xidmətə cəlb olunub. O, 3985 nəfərin qaçırıldığını, 1165 nəfərin demək olar ki, hamısının qız olduğunu, zorlandığını, zorla evləndirildiyini və ya cinsi köləliyə məruz qaldığını bildirib...
Murad Şahməmməd









































.jpg)
.jpg)
.jpg)






































